Cefri Epşteyn rəzilliyini bütün dünya çəkmə-çevir edir.
Dünəvi baxımdan daldan atılan daş, insanlıq üçün isə sağalmaz yaradır Epşteyn.
Açılması ilahi ədalətin təcəllisidir — gec-tez ifşa olunacaqdı. Həyatda heç nə gizli qalmır, necə deyərlər, yalanın ömrü 40 gün çəkir…
Heç şübhəsiz ki, etdiklərini daha ağır formada özləri də, günahsız sülalələri də yaşayacaq. Amma rəzilliyin dəhşətli tərəfi odur ki, uşaqların, yeniyetmələrin qanı-canı ilə qidalanıb dünyaya qənim kəsilən xəstə təfəkkürlü, iyrənc, insana bənzər varlıqlar dünyanı idarə edir. Necə deyərlər, eşkiya dünyaya hökmdar…
Sonra da deyəcəklər ki, şantajdır, böhtandır, fakedir. Dünya da bu rəzilliyə inanacaq, görməzdən gələcək. Çünki bu dünyada güc-qüdrət hələ ki, şeytanlardadır…