Səudiyyə Ərəbsitanı 73 ildir davam edən alkoqol qadağısını yumşaldır.
Belə ki, ölkədə yaşayan varlı əcnəbilərə spirtli içkilərdən istifadə etməyə icazə veriləcək. Ekspertlər düşünür ki, zamanla bu qanun turistlərə də şamil ediləcək. Bu qanun Səudiyə Ərəbistanın son illər davam etdirdiyi modernləşdirmə siyasəti ilə əlaqələndirilir. Bundan əvvəl ərəb dövləti kinoteatrların açılmasına, böyük müsiqi festivallarına ev sahibliyi edilməsinə, qadınlara sürücülük vəsiqəsinin verilməsinə icazə vermiş və dini polisin səlahiyyətlərini müəyyən dərəcədə azaltmışdı.
Qeyd edək ki, islamın iki müqəddəs şəhərinin yerləşdiyi ölkədə 1952-ci ildən etibarən spirtli içkilərin qəbulu qadağan edilmişdi.