Kişiləri Kökəldən 6 Zərərli Vərdiş və arıqlamağın yolları

Kişiləri Kökəldən 6 Zərərli Vərdiş və arıqlamağın yolları
23 İyl 2025 17:06

Artıq çəki ilə mübarizə kişilərin ən çox qarşılaşdığı problemlərdən biridir. Lakin pəhriz saxlamaq və idmanla məşğul olmaq hər kəsin seçimi olmaya bilər. Əslində, gündəlik vərdişlər də bəzən istəmədən kökəlməyinizə səbəb olur. Gəlin, kişiləri arıqlamağa mane olan əsas vərdişlərə baxaq:

  1. Yeməklərin kalori miqdarını nəzərə almamaq
    Gündə nə qədər yemək yediyinizdən daha çox, kalori miqdarı önəmlidir. Məsələn, günorta yeməyində 500 kalorini, şam yeməyində isə 200 kalorini keçməməyə çalışın.

  2. Tələsik və tez yemək
    Sürətli yemək yemək mədə doyma siqnalını gecikdirir və nəticədə daha çox qida qəbul edilə bilər. Həmçinin, tələsik yemək piyin artmasına şərait yaradır. Yeməyinizi sakit və yavaş-yavaş yeyin.

  3. Televizor qarşısında yemək və dərhal yatmaq
    Televizora baxarkən yemək iştahı artır, lakin yedikdən sonra dərhal divanda yatmaq həzm sisteminə mənfi təsir göstərir. Bu, piyin yığılmasına gətirib çıxara bilər.

  4. İstirahət günlərində hərəkətsizlik
    Həftə içi aktiv olduğunuz halda, istirahət günləri az hərəkət etmək artıq kalori yığılmasına səbəb olur. Nəticədə, bu günlərdə yediyiniz qidalar daha asan piyə çevrilir.

  5. Sağlam görünən amma ziyanlı qəlyanaltılar
    Kinoteatrdakı popkorn, klubda fısdıq və evdə çips kimi qidalar yüksək kalorili və yağlıdır. Məsələn, bir ovuc popkorn təxminən 400 kalori ola bilər.

  6. Spirtli içkilərin təsiri
    Alkoqol çəkini artıran əsas amillərdəndir. Bir müddət spirtli içkilərdən uzaq durmaqla, çəkidə nəzərəçarpan azalma hiss edə bilərsiniz.

Arıqlamaq istəyirsinizsə, bu vərdişlərdən uzaq durmaq və həyat tərzinizi dəyişmək vacibdir. Sağlam qidalanma və müntəzəm fiziki fəaliyyət sağlam bədən üçün ən yaxşı yoldur.


Sizin reklam burada
Sizin reklam burada