"Kişilər 30 yaşdan tez evlənməməlidir" - Sobçak

"Kişilər 30 yaşdan tez evlənməməlidir" - Sobçak
03 İyn 2025 09:50

Tanınmış jurnalist və teleaparıcı Kseniya Sobçak Telegram kanalında etdiyi paylaşım müzakirələrə səbəb olub. O, iddia edib  ki, evliliklər gənc kişilərə görə dağılır.


Sobçakın sözlərinə görə, 30 yaşdan aşağı kişilər hormonlarla düşünür. Televiziya aparıcısı deyib ki, onun çevrəsində olan və 20 yaşlarda evlənmiş kişilərin az qismi ailə münasibətlərini qoruya bilib. 

"Analar tənha qalırlar, uşaqları analar və nənələr böyüdür. Dövlətin vecinə deyil, təki qadınlar doğsunlar...", - jurnalist paylaşıb.

Sobçak müğənni Vanya Dmitrienkodan da müsahibə alıb. O, da bildirib ki, qanun 30 yaşdan aşağı kişilərin evlənməsini qadağan etməlidir.

Qeyd edək ki, Sobçak özü iki dəfə evli olub. O, 2013-cü ildə aktyor Maksim Vitorqanla ailə həyatı qurub. Onların bu nikahdan bir oğlu- Platon dünyaya gəlib. 2019-cu ildə aktyor və teleaparıcı boşanıb. Elə həmin il Sobçak teatr rejissoru Konstantin Boqomolovla evlənib.


Tural


Sizin reklam burada
Sizin reklam burada