Azərbaycanda
ilk dəfə “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya
sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin
tanınması Qaydaları” təsdiqlənib.
Bununla
bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycanda hava
şarı pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər müəyyənləşib.
Hava
şarları aşağıdakı siniflərə və qruplara bölünür:
İsti
hava şarı sinfi:
-
A qrupu: 3400 m³ qədər zərf tutumu;
-
B qrupu: 3401 m³ - 6000 m³ aralığında olan zərf tutumu;
-
C qrupu: 6 001 m³ - 10 500 m³ aralığında olan zərf tutumu;
-D
qrupu: 10 500 m³-dən çox zərf tutumu;
Qaz-hava
şarı sinfi;
- qarışıq
şar sinfi;
-
isti hava dirijablı sinfi.
Bəs
kimlər hava şarı pilotu ola bilər?
Məsələ
ilə bağlı News365.az-a danəşan ekspert Yasin Müstafa deyib ki, hava şarı
pilotu şəhadətnaməsinin verilməsi üçün yaşı 18-dən az olmayan şəxslər müraciət
etmək hüququna malikdirlər:
“Hava
şarı pilotu şəhadətnaməsi ilə verilən əsas imtiyaz ödənişsiz olaraq
qeyrikommersiya əməliyyatlarında və müvafiq ixtisas qeydinə malik olduqda
kommersiya əməliyyatlarında hava şarının kapitanı kimi çıxış etməkdən ibarətdir.
Şəhadətnamə
sahibləri yalnız tətbiq olunan ən son tələblərə əməl etdikdə və tibbi
arayışları qüvvədə olduqda öz imtiyazlarından istifadə etməlidirlər.
Ərizəçi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya
Agentliyi tərəfindən sertifikatlaşdırılmış təlim təşkilatında hava şarı
imtiyazları üzrə təlim kursunu bitirməlidir. Təlim kursu nəzəri bilik və uçuş təlimatını
əhatə etməlidir. Ərizəçi bu Qaydalara uyğun olaraq Agentlikdə nəzəri bilik
imtahanından keçməlidir.
Ərizəçilər
hava şarında kapitan pilot qismində veriləcək imtiyazlara uyğun şəkildə
prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməli və
bununla praktiki bacarıq testini keçməlidirlər. Ərizəçi Sinif 2 tibbi
sertifikata malik olmalıdır”.
News365.az