Keniyaya məxsus təyyarə qəzaya uğradı

Keniyaya məxsus təyyarə qəzaya uğradı
22 Mar 2025 23:15

Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb.


News365.az xəbər verir ki, bu barədə “Arlaadi Media” portalı məlumat yayıb.


İlkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub. Onların vəziyyəti barədə məlumat verilməyib.


Bildirilir ki, təyyarə Keniya sərhədi yaxınlığındakı Dhobley şəhərindən Moqadişuya uçurdu.


Hadisənin səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada