Keniya paytaxtı Nairobi şəhərində etiraz aksiyaları davam edir.
News365.az xəbər verir ki, şəhərin müxtəlif yerlərində tüstü qalxır, bu isə iğtişaşların hələ də səngimədiyini göstərir.
Aksiyalar zamanı bəzi yollar bağlanıb, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar yaşanır.
Etirazların səbəbi hələ tam açıqlanmasa da, ilkin məlumatlara görə, hökumətin qəbul etmək istədiyi bəzi qanun layihələrinə qarşı çıxan vətəndaşlar küçələrə axışıb.
Nairobi şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.