Keniya Prezidenti Azərbaycana gələcək

Keniya Prezidenti Azərbaycana gələcək
03 İyn 2025 15:54

Keniya Prezidenti Uilyams Ruto Azərbaycana dövlət səfərinə dəvət olunub.

News365.az xəbər verir ki, bu barədə Keniya KİV-ləri yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nayrobidəki Dövlət İqamətgahında Ruto ilə görüşü zamanı dəvəti ona çatdırıb.

Xatırladaq ki, C.Bayramov Keniyanın paytaxtında rəsmi səfərdədir. Daha əvvəl o, keniyalı həmkarı Musaliya Mudavadi ilə danışıqlar aparıb, həmçinin Azərbaycanın bu ölkədəki səfirliyinin açılışında iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada