Hindistanda növbəti dəfə bəbir insanlara hücum edib. Bu barədə “Times of India” məlumat yayıb. Nəşr yazıb ki, beş yaşlı uşağa hücum edən vəhşi heyvan onu parçalayıb. Faciə babanın gözləri qarşısında baş verib.
Nəşrin məlumatına görə, uşaq Dindori Şivar (Maharaştra ştatı) kəndindəki fermada yaşlı kişinin yanında qalırmış.
Ərazidə yırtıcı peyda olub və uşağı tuta bilib. O, balacanı təxminən 300 metr uzağa sürükləyib.
"Baba qışqıraraq heyvanı qovmağa müvəffəq olsa da, onun nəvəsi xeyli qan itirib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib", - nəşr yazıb.
Qeyd edək ki, Hindistanda pələng və bəbirlərin insanlara hücum halları xeyli artıb.
Tural