“ABŞ-nin Hörmüz boğazını blokadaya alması beynəlxalq bazarlara mənfi təsir göstərəcək”.
News365.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Bu cür hərəkətlərin beynəlxalq bazarlara mənfi təsir göstərməyə davam edəcəyini güman edirəm. Bunu yüksək dərəcədə əminliklə güman etmək olar”, - Kremlin nümayəndəsi vurğulayıb.