Türkiyəli aktrisa Qamze Özçelik "Əməliyyat Alesta" serialı ilə illər sonra ekrana qayıdır.
News365.az xəbər verir ki, onun TRT-nin iddialı "Əməliyyat Alesta" serialının aktyor heyətinə qatıldığı iddia edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi və Dəniz Qüvvələri Komandanlığının dəstəyi ilə istehsal olunan və TRT-nin beynəlxalq rəqəmsal platforması Tabi üçün çəkilən "Əməliyyat Alesta" serialı təkcə kütləvi istehsalı ilə deyil, həm də güclü aktyor heyəti ilə diqqət çəkir.
Özçelik serialda Afrikada fəaliyyət göstərən türkiyəli mühəndis "Zeynəb"i canlandıracaq. Çəkilişlərin yaxın günlərdə başlaması planlaşdırılır.
Serialın rejissoru Yunus Ozan Korkut, ssenaristi Onur Böberdir. Rollarda Cem Bender, Onur Seyit Yaran, Fırat Çelik, Aslıhan Güner, Ersin Arıcı, Mehmet Bozdoğan, Meltem Akçöl, Aras Şenol, Feriha Eyüboğlu, Kayhan Açıkgöz kimi bir çox məşhur adlar yer alıb./Azxeber