Orbanın gedişi sonrası Avropada balans dəyişir

Orbanın gedişi sonrası Avropada balans dəyişir
15:22

Macarıstanda keçirilən parlament seçkilərində 16 illik Viktor Orban dövrünün başa çatması Avropa siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Politoloq Xəyal Bəşirov News365.az-a açıqlamasında bildirib ki, bu dəyişikliklər fonunda Almaniyanın siyasətində də fərqli yanaşmalar müşahidə oluna bilər.


Onun sözlərinə görə, Almaniya Avropa və Ukrayna istiqamətində daha fərqli və aktiv mövqe nümayiş etdirəcək:

“Alman siyasətində yeni yanaşmalar formalaşır. Bu, xüsusilə Avropa və Ukrayna istiqamətində özünü göstərəcək və Rusiyanın mövqelərinin zəifləməsinə səbəb ola bilər.”

Ekspert qeyd edib ki, Avropada dəyərlər sistemi ətrafında gedən müzakirələr də daha da aktuallaşacaq və bu istiqamətdə siyasi proseslər sürətlənəcək.

Politoloqun fikrincə, bütün dəyişikliklər dərhal və tam şəkildə reallaşmasa da, yaxın dövrdə Avropa siyasətində yeni tendensiyaların şahidi olmaq mümkün olacaq.

 News365.az


Sizin reklam burada
Sizin reklam burada