Burcu Binici qatıldığı verilişdə gənclik illərində yaşadığı bir hadisəni danışdı. Dostları ilə birlikdə getdiyi məşhur bir məkana buraxılmadığını deyən Binici, Kenan İmirzalıoğlunun onlara sahib çıxdığını və bir il boyunca hesablarını ödədiyini açıqladı.
News365.az xəbər verir ki, Burcu Binici "Anadolu Ateşi"ndə rəqs etdiyi dövrdə rəqqasə dostları ilə birlikdə məşhurların tez-tez getdiyi bir məkana girmək istədiklərini, lakin içəri buraxılmadıqlarını bildirdi.
Binici, "Bizi o məkana buraxmırdılar. Həm yaşımız az olduğu, həm də içki içmədiyimiz üçün qapıdan qaytarırdılar" dedi.
KENAN İMİRZALIOĞLU MÜDAXİLƏ ETDİ
Daim içəri girməyə çalışdıqları günlərin birində, məkana gələn Kenan İmirzalıoğlunun bu vəziyyəti fərq etdiyini söylədi.
Binici, məkana sahib olan şəxsin İmirzalıoğluna "Ağabey, bunlar rəqqasə qızlardı, həm yaşları kiçikdir, həm də heç nə içmirlər" dediyini qeyd etdi.
News365.az