Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb. Budəfəki köç 29 ailəni əhatə edib.
News365.az xəbər verir Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.***
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.
News365.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə (115 nəfər) köçürülür.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq.


