Kəlbəcərdə açıq ərazidə yanğın olub YENİLƏNİB

Kəlbəcərdə açıq ərazidə yanğın olub YENİLƏNİB
28 Noy 2025 23:43

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğınla bağlı Kəlbəcər Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb olunublar.

Bu barədə News365.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Yanğın zonasının nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlərin görüldüyü bildirilib.

***

21:40


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə News365.az-a FHN-dən məlumat verilib. 


Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada