Keçmiş Mossad üzvü: "Peycer əməliyyatı "Hizbullah" üçün "Pearl Harbor"dur"

Keçmiş Mossad üzvü: "Peycer əməliyyatı "Hizbullah" üçün "Pearl Harbor"dur"
20 Sen 2024 14:35

Livanda İsrailin reallaşdırdığı iddia edilən peycerlərin partladılması əməliyyatı "Hizbullah" hərəkatının “Pearl Harbor”udur. Bunu “The Washington Post” qəzetinə İsrail kəşfiyyat xidməti olan Mossad-ın beynəlxalq antiterror əməliyyatlarına nəzarət etmiş keçmiş yüksək vəzifəli əməkdaşı Oded Eilam bildirib.

Onun fikrincə, qurğuların partladılması ilə bağlı ilkin hadiəsələrdən  sonra bir neçə saat ərzində İsrail tərəfindən hər hansı ciddi hərbi əməliyyatın aparılmamsı bir sıra məqamlardan xəbər verir. Bu o deməkdir ki, “əməliyyatın vaxtı optimal seçilməyib”.

Eyni zamanda, Mossad-ın keçmiş rəhbəri Dani Yatom bildirib ki, əməliyyat genişmiqyaslı münaqişənin yalnız ilk mərhələsi ola bilər. O qeyd edib ki, partlayıcı qurğular "Hizbullah" üzvləri arasında "çaxnaşma və stress yaratmaq" üçün nəzərdə tutulub və bu, Mossad-ın qruplaşmanın ən təhlükəsiz rabitə xətlərini belə pozmaq qabiliyyətini nümayiş etdirir.

Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.

Sentyabrın 17 və 18-də isə Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verdi. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub. Partlayışlar nəticəsində 30-a yaxın insan ölüb, bir neçə min isə yaralanıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər