Keçmiş kəşfiyyatçı Rusiyaya qarşı neçə fransızın döyüşdüyünü açıqladı

Keçmiş kəşfiyyatçı Rusiyaya qarşı neçə fransızın döyüşdüyünü açıqladı
25 Apr 2024 10:44

"Rusiya müharibəyə başlayandan bəri Ukraynada olan  75 fransız muzdlu döyüşçü öldürülüb və ya yaralanıb".

News365.az xəbər verir bunu Rusiya mediasına açıqlamasında Fransanın antiterror kəşfiyyatının keçmiş əməkdaşı Nikolas Cinquini deyib.

Cinquini hazırda Kiyev tərəfində döyüşlərə cəlb edilmiş fransızlar haqqında məlumatları topladığını qeyd edib.

“Bu gün yaydığım siyahıda dəqiq alda və ya təxəllüs altında şəxsiyyəti müəyyən edilmiş 75 nəfər var ki, bu da artıq bizə çox şey deyə bilər”, - o vurğulayıb. Keçmiş kəşfiyyatçı siyahıda öldürülən və yaralananlarla yanaşı vətənə geri qayıdan fransızlar da düşüblər.

O əlavə edib ki, siyahıda Fransa hakimiyyətinin “humanitar işçilər” adlandırdığı iki nəfər də var.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər