Danimarkada 15 yaşlı yeniyetmələr valideyndən xəbərsiz abort edə biləcəklər

Danimarkada 15 yaşlı yeniyetmələr valideyndən xəbərsiz abort edə biləcəklər
04 May 2024 09:34

Danimarka Səhiyyə Nazirliyi 2025-ci ilin yayından 15 və daha yuxarı yaşda olan yeniyetmələrin valideynlərinin razılığı olmadan abort etdirməyə icazə veriləcəyini açıqlayıb. Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, bundan əlavə, hamiləliyin dayandırılması müddəti 12 həftədən 18 həftəyə qədər artırılacaq.

“Hamiləliyin dayandırılması həddi hamiləliyin on səkkizinci həftəsinə keçirilir. Eyni zamanda, 15-17 yaşlı yeniyetmələrə valideyn icazəsi olmadan abort etmək imkanı veriləcək”, - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər