Ermənitanda daha bir keşişin evində axtarış aparıldı

Ermənitanda daha bir keşişin evində axtarış aparıldı
10:30

Bu gün səhər saatlarında 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub.

News365.az xəbər verir ki, bu barədə vəkil Miqran Poqosyan sosial şəbəkələrdə məlumat verib.

Arxiyepiskop təsdiqləyib ki, onun iqamətgahına soxulma cəhdi həqiqətən olub, lakin həmin vaxt o, iqamətgahda olmayıb.

Daha əvvəl arxiyepiskop Acapaxyana qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırışla bağlı cinayət işi açılıb.

Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat verib. Hərəkatın lideri Baqrat Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar məhkəmənin qərarı ilə həbs ediliblər.


Sizin reklam burada
Sizin reklam burada