Karapetyan hökumətə qarşı məhkəmə iddiasını udub

Karapetyan hökumətə qarşı məhkəmə iddiasını udub
12:12

İrəvanda həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyan və onun ailəsi Ermənistan hökumətinə qarşı başlatdıqları təcili arbitraj işini qazanıblar.

News365.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, bu barədə Karapetyanın müdafiə şurası məlumat verib.

Arbitraj işi Karapetyan ailəsi tərəfindən Stokholm Ticarət Palatası Arbitraj İnstitutunda (SCC) 18 yanvar 1995-ci ildə Ermənistan və Kipr hökumətləri arasında imzalanmış investisiyaların təşviqi və qorunması haqqında sazişlə müəyyən edilmiş qaydada başladılıb.

Bildirilir ki, işin baxılmasında Ermənistan hökumətinin nümayəndəsi də iştirak edib.

22 iyul 2025-ci ildə bu Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili arbitraj Ermənistanı "Energetika haqqında" və "İctimai xidmətlərin tənzimlənməsi orqanı haqqında" yeni qəbul edilmiş qanunların müddəalarını "Ermənistan Elektrik Şəbəkələri" QSC-yə tətbiq etməkdən, həmçinin QSC-nin ekspropriasiyası (Karapetyana məxsus "Taşir" şirkətlər qrupuna daxildir - red.) üzrə növbəti addımlardan çəkinməyə məcbur edib.

Arbitraj təcili müdafiə tədbirlərinin tətbiqinin zəruriliyinə dair qənaətə gəlib, çünki Ermənistanın hərəkətləri "Ermənistan və Kipr arasında qüvvədə olan "İnvestisiyaların qarşılıqlı qorunması haqqında Saziş"ə riayət edilməsi ilə bağlı ciddi şübhələr doğurur".

Arbitraj həmçinin qeyd edib ki, "təcili təminat tədbirləri olmadan, əgər iddiaçılar şirkət üzərində nəzarəti itirsələr və ya daha pis halda, onun sahibi olmaqdan çıxsalar, onlara dəymiş zərərin tam kompensasiyasını almaq çətin olacaq".

"Təcili arbitrajın qərarı Ermənistanın hökuməti tərəfindən məcburi şəkildə icra edilməlidir", - məlumatda deyilir.

Qeyd edək ki, bu günlərdə QSC-nin müvəqqəti idarəedicisi vəzifəsinə baş nazir Nikol Paşinyanın yaxın silahdaşı təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada