“Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə dövlətin maraqlarına zidd addım atıb və bu, ictimaiyyətin narazılığına səbəb olub”.
Bu fikirləri erməni siyasətçi Qaqik Ambaryan deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədə azərbaycanlı ictimai fəal, məşqçi Kamil Zeynallı barəsində beynəlxalq axtarış elan edilmişdi:
“Bu şəxs bir il əvvəl Moskvada saxlanılıb, daha sonra Bakıya qaytarılıb. Həmin şəxs barəsində beynəlxalq axtarış artıq ləğv edilib və bu qərar Ermənistan tərəfindən verilib. Həmçinin başqa şəxsin də barəsindəki axtarış qərarları ləğv edilib”.
Ambaryan bu addımı Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirən qərar kimi qiymətləndirib.