Kafedə qadın sahibkara bıçaq çəkdi

Kafedə qadın sahibkara bıçaq çəkdi
23 İyl 2025 14:33

Balakəndə kafedə quldurluq edən şəxs tutulub.

News365.az xəbər verir ki, hadisə rayonda yerləşən obyektlərin birində gecə saatlarında qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən RPŞ-nin keçdiyi əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada