Jurnalist Argentina prezidentini mikrofonla vurdu - VİDEO

Jurnalist Argentina prezidentini mikrofonla vurdu - VİDEO
09:17

Mətbuat nümayəndələri siyasətçidən müsahibə almağa çalışarkən C5N jurnalisti Argentina prezidenti Xavyer Mileyin üzünə mikrofonla zərbə endirib. 

News365.az xəbər verir ki, bu barədə "İnfoveloz" xəbər verir.

Nəşrin məlumatına görə, bu, siyasətçi yerli qanunvericiliyə seçkilərdə səs verdikdən sonra Buenos-Ayresdəki Milli Texnologiya Universitetini tərk edərkən baş verib. Onlarla jurnalistdən birinin səhvən liderə mikrofonu vurması onu qəzəbləndirib.

– Məni qəsdən vurdun? – deyə siyasətçi soruşub.

Müxbir ondan üzr istəyib.

 


Sizin reklam burada
Sizin reklam burada