İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı

İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı
10 Apr 2025 23:30

2025-ci ilin ilk aylarından büdcədən maliyyələşən strukturlarda başlanan ixtisarlar hələ də davam edir.


News365.az-ın xəbərinə görə, növbəti ixtisarlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində olacaq.


Belə ki, bir neçə gün əvvəl Şəkidə olan ədliyyə naziri Fərid Əhmədov buradakı Penitensiar Müəssisəyə də baş çəkib.


Əməkdaşlarla görüşən nazir Penitensiar Xidmətdə çalışanların sayının çoxluq təşkil etdiyini, buna görə də ixtisarlar aparılacağını deyib.


Qeyd edək ki, müxtəlif dövlət təşkilatlarından tutmuş ali məktəblərə qədər hər yerdə ixtisarlar aparılıb.


Sizin reklam burada
Sizin reklam burada