İstilərə görə 7 şəhərdə tətillər elan edildi

İstilərə görə 7 şəhərdə tətillər elan edildi
10:18

Dünəndən başlayaraq, İraqa təsir edən həddindən artıq istiliklər səbəbindən 7 şəhərdə rəsmi tətil elan edilib. 

News365.az xarici mediaya istinadən xəbər verir ki, bəzi bölgələrdə isə iş saatları qısaldılıb.

Bağdad və cənub bölgələrində temperatur 52 dərəcəyə çatıb. Hökumət Bəsrə, Meysan, Ziqar, Vasit, Babil, Kərbəla və Divaniyyə əyalətlərində dövlət qurumlarında tətil günləri elan edib, digər vilayətlərdə iş saatları qısaldılıb.

İraq Meteorologiya Xidməti istilik dalğasının çərşənbə axşamına qədər davam edəcəyini bildirib. Həmçinin, ölkədəki elektrik təchizatında çətinliklər yaranıb və bir çox bölgələrdə elektrik kəsintiləri 16 saata qədər uzanıb.



Sizin reklam burada
Sizin reklam burada