“İsrailin məqsədi İranın nüvə proqramını dayandırmaqdır“ - Şahin Cəfərli

“İsrailin məqsədi İranın nüvə proqramını dayandırmaqdır“ -  Şahin Cəfərli
19 Apr 2024 12:42

"İsrailin bu gecə İrana endirdiyi cavab zərbəsi ilə bağlı hələki mənəzərə tam aydın deyil. Yəni tam bəlli deyil raketlə, yoxsa dronla zərbələr endirilib".

Politoloq Şahin Cəfərli bunu News365.az-a açıqlamasında deyib. 

"İran tərəfi hadisənin miqyasını mümkün qədər azaltmağa çalışır. Burda müşahidə olunan detal ondan ibarətdir ki, hər iki tərəf, əsasən İran tərəfi daha ölçülü hərəkət edir və ciddi bir eskalasiyanın baş verməsinin, müharibə törədilməsinə zəmin hazırlamamağa çalışır. İsrail tərəfindən İranın Suriyadakı diplomatik nümayəndəliyinə, konsolluq binasına zərbə endirilmişdir. Bu elə bir hadisədir ki, buna İranın cavab verməməsi düşünülə bilməzdi. Çünki diplomatik nümayəndəlik hücuma məruz qalırsa, bu həmin ölkənin ərazisinin hücuma məruz qalması anlamına gəlir. İran buna cavab verməsəydi regionda tamamilə nüfuzdan düşəcəkdi və hətta öz tərəfdarları arasında da nüfuzuna ciddi zərbə dəyəcəkdi. Ona görə İran cavab verdi, amma biz o cavabında ölçülü olduğunu gördük. Hətta sonradan məlum oldu ki, İran tərəfi cavab addımı barədə qabaqcadan Amerikaya məlumat verib. Burda İran tərəfinin ehtiyatla hərəkət etdiyini görürük. İsrail tərəfi isə böyük müharibənin baş verməsində maraqlı olan tərəfdir. Çünki İsrailin əsas məqsədi odur ki, İranın nüvə proqramını dayandırsın" - deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər