Yəməndə İranın dəstəklədiyi husilər ordunun İsrailin mərkəzi hissəsindəki Nahal Sorek bazasını ballistik raketlə hədəfə aldıqlarını açıqlayıb.
News365.az xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Seri sosial media hesabından videoaçıqlamasında məsələ ilə bağlı məlumat verib.
O, "Fələstin-2" tipli itisəsli ballistik raketlə Yaffa şəhərinin cənub-şərqindəki Nahal Sorek Hərbi Bazasını hədəf aldıqlarını açıqlayıb. Yaffada hədəf alınan ərazinin yaxınlığında yanğın baş verdiyini bildirən Seri sözügedən hücumun Fələstin və Livan xalqına dəstək məqsədilə həyata keçirildiyini bildirib. Seri bildirib ki, Husilərin İsrailə qarşı hücumları Qəzza zolağındakı blokada qaldırılana, Qəzza və Livandakı hücumlara son qoyulana qədər davam edəcək.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail ordusu Yəməndən edilən raket hücumunun qarşısını alıb, lakin Qüdsün qərbindəki Beyt Şemes bölgəsində raket hissələrinin düşməsi nəticəsində yanğın baş verib.