Məşhur aşpaz və teleaparıcı Aleksey Zimin 52 yaşında vəfat edib. Bu barədə jurnalist Roman Loşmanov məlumat yayıb.
"Bu səhər çox kədərli xəbər aldıq. Aleksey Zimin dünyadan köçüb...", - o, Telegram kanalında yazıb.
Teleaparıcının ölüm səbəbi hələlik məlum deyil. Mərhumla vidalaşma tarixi və yeri barədə də məlumat yoxdur.
Qeyd edək ki, Zimin “Afisha”nın keçmiş baş redaktor müavini və “Afisha Food”un yaradıcısı kimi tanınır. NTV-də aşpazın kulinariya şousu yayımlanıb.
Teleaparıcının materialları “Kommersant” və “Vedomosti”də də dərc olunub. Zimin "Supermarket mətbəxi", "Bazar mətbəxi", "Mətbəx əbədi" və digər kitabların da müəllifidir.
Aşpaz həyat yoldaşı Tatyana Dolmatovskaya ilə birlikdə üç uşaq böyüdüb.
Tural