İsrail Müdafiə Qüvvələri gələn ay tamamilə qadınlardan ibarət döyüş bölməsi yaradacağını açıqlayıb.
İsrailin TPS-IL informasiya agentliyi xəbər verir ki, ölkənin Livanla sərhədində yerləşəcək həmin bölm kəşfiyyat, həmçinin ön xətt təhlükəsizliyi vəzifəsini yerinə yetirəcək.
İsrail Müdafiə Qüvvələri bildirir ki, qadın döyüşçülərin sayı 2020-ci ildən bəri iki dəfə artırılaraq 2025-ci ildə 8 min 500-ə çatdırılıb və bu addım əməliyyat hazırlığını gücləndirmək üçün görülən genişmiqyaslı islahatların bir hissəsidir.