"İsrail Hərbi Hava Qüvvələri İranla silahlı münaqişə zamanı bir ədəd də olsun pilotlu təyyarə itirməyib".
News365.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi Avixay Edri məlumat verib.
"Nə bir ədəd də olsun İsrail təyyarəsi, nə də döyüş helikopteri vurulmayıb. İran yalnız bir neçə pilotsuz uçuş aparatı vura bilib və biz bunu açıq etiraf etdik", - o deyib.
İsrail ordusunun sözçüsü qeyd edib ki, İranın vurulan İsrail döyüş təyyarələri ilə bağlı bütün iddiaları yalan və reallıqla heç bir əlaqəsi olmayan təbliğatdır.