İsrail Haysam Abdullahı zərərsizləşdirib

İsrail  Haysam Abdullahı zərərsizləşdirib
13:17

Livanın cənubunda “Əl-Sadiq” valyuta mübadiləsi mərkəzinin rəhbəri Haysam Abdullah Bəkri İsrailin Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib.

News365.az İsrail ordusuna istinadən xəbər verir ki, sözügedən şəxs Hizbullahla yaxın əlaqədə olub və bu təşkilata maliyyə dəstəyinin göstərilməsində əsas rol oynayıb.

Məlumata görə, “Əl-Sadiq” valyuta mübadiləsi mərkəzi SEPAH-ın Qüds Korpusundan qaynaqlanan maliyyə dəstəyinin Hizbullaha ötürülməsi ilə məşğuldur.


Sizin reklam burada
Sizin reklam burada