İsrail qırıcı təyyarəsinin İranın "Emad" ballistik raketinin buraxılış qurğusunu vurma anının görüntüləri yayılıb.
News365.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb.
Belə ki, kadrlarda yer alan buraxılış qurğusu konstruksiyası ilə seçilir. Onun karkası üzərinə tent örtüldükdə adi yük maşını (fura) kimi görünür. Bu, maskalanma məqsədilə edilir.
Son günlər İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tərəfindən yayımlanan çoxsaylı kadrlarda da oxşar karkasa malik furaların vurulması müşahidə olunur.