İsrael Kats: Xameneinin təhlükəsizlik qərargahını məhv etdik

İsrael Kats: Xameneinin təhlükəsizlik qərargahını məhv etdik
18:15

İsrail Hərbi Hava Qüvvələri paytaxt Tehranda İranın Daxili Təhlükəsizlik Xidmətinin qərargahını vurub.

News365.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Kats məlumat yayıb.

“Tornado Tehranı vurmaqda davam edir. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İran rejiminin Daxili Təhlükəsizlik Qərargahını – İran diktatorunun (ölkənin ali rəhbəri Əli Xameneini nəzərdə tutur – red.) mərkəzi repressiv qolunu məhv edib”, - nazir bildirib.


Sizin reklam burada
Sizin reklam burada