İspaniyada 3 uşağını 4 il evdə saxlayan ailə həbs edilib.
News365.az xəbər verir ki. İspaniyada 3 uşağını “koronavirus təhlükəsi” bəhanəsi ilə 4 ildən artıq müddətdə evdə dustaq saxlayıb.
Bildirilib ki, uşaqlara daim maska və bez taxdırılıb.
Məlumata görə, valideynlər – 53 yaşlı ata və 48 yaşlı ana – barəsində cinayət işi açılıb və həbs ediliblər. Övladları isə dövlət himayəsinə verilib.
Məhkəmədə prokuror hər iki valideynin 25 il 4 ay müddətə həbs edilməsini istəyib.