İspaniyada miqrant hücumundan sonra iğtişaşlar başlayıb

İspaniyada miqrant hücumundan sonra iğtişaşlar başlayıb
13 İyl 2025 19:00

İspaniyanın Torre-Paçeko şəhərində miqrantların yaşlı kişiyə hücumundan sonra iğtişaşlar başlayıb.

News365.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

Məlumata görə, kütləvi iğtişaşlar nəticəsində azı beş nəfər xəsarət alıb, onlardan üçü xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Etirazlara səbəb bir qrup mərakeşli tərəfindən küçədə 68 yaşlı təqaüdçüyə hücum olduğu deyilir.

"Onlar başqa dildə danışırdılar. "Mənə saatı ver" və ya buna bənzər bir şey desəydilər, başa düşərdim. Amma heç nə demədilər", - zərərçəkmiş bildirib.

Torre-Paçeko şəhərinin meri Pedro Anxel Roka bildirib ki, iğtişaşlarda yerli sakinlər iştirak etmir: "Siz zorakılıqla cinayətlə mübarizə apara bilməzsiniz. Biz bu yolla heç nəyə nail ola bilməyəcəyik".


Sizin reklam burada
Sizin reklam burada