İsmayıllıda bir il əvvəl quraşdırılan işıq dirəkləri işləmir – sakinlər narazıdır
News365.az Space TV-də Elvin Basqallının müəllifi və aparıcısı olduğu proqrama istinadən xəbər verir ki, İsmayıllı rayonunda təxminən bir il əvvəl quraşdırılan küçə işıqlandırma dirəkləri hələ də tam istifadəyə verilməyib.
Sakinlərin sözlərinə görə, küçələrdə işıq dirəkləri quraşdırılsa da, gecə saatlarında ərazi qaranlıq qalır.
Onlar bildirirlər ki, işıqlandırma yalnız bayram günlərində qısa müddətə yandırılır, daha sonra isə yenidən söndürülür.
Sakinlərin iddiasına görə, küçələrin daim işıqlandırılmaması həm piyadalar, həm də nəqliyyat vasitələrinin hərəkəti baxımından ciddi narahatlıq yaradır. Onlar aidiyyəti qurumlardan problemin qısa zamanda həll edilməsini və küçə işıqlandırmasının fasiləsiz təmin olunmasını xahiş edirlər.