"İşğaldan azad edilmiş ərazilərin iqtisadi, sosial sahələrlə həm də müdafiə sahəsində reinteqrasiyası aparılır".
News365.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rizvan Nəbiyev deyib.
"Ağdərədə Prezident İlham Əliyevin təməlini qoyduğu Xüsusi Əməliyyat Mərkəzini və orada planlaşdırılan fəaliyyətləri vurğulamaq istərdim. Belə ki, beynəlxalq hərbi əməkdaşlıq sazişlərindən irəli gələn öhdəliklərin icrası üçün Ağdərə Xüsusi Əməliyyat Mərkəzi önəmli əhəmiyyətə malikdir. Biz Milli Məclis olaraq beynəlxalq hərbi əməkdaşlıq üçün hüquqi əsasların yaradılmasını təmin edirik. Bu töhfəni müzakirə və sonda ratifikasiya vasitəsilə təmin edirik”, -deputat qeyd edib
Deputat həmçinin mina təhlükəsizliyi ilə bağlı digər komitələrlə birgə il ərzində dinləmənin təşkil edilməsini təklif edib.