İrəvanın Rusiyaya verdiyi dəstək: Sanksiyalardan yan keçmənin detalları

İrəvanın Rusiyaya verdiyi dəstək: Sanksiyalardan yan keçmənin detalları
12:10

Rusiyanın beynəlxalq sanksiyalardan yan keçməsi ilə bağlı məsələlər gündəmdə qalır. Beynəlxalq ictimaiyyət Rusiyanın üzərinə qoyulmuş sanksiyaların müxtəlif yollarla əhəmiyyətini itirməsinin qarşısını almağa çalışsa da, regionda bəzi ölkələr bu məhdudiyyətləri dolayısı ilə əks təsir edə bilirlər.

Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, İrəvan bu prosesdə fəal iştirak edir və bu, regionda ticarət əlaqələrinə ciddi təsir göstərir.


Quliyev xatırladıb ki, 2024-cü ilin yanvarın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Joe Biden ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sazişin bir maddəsi ikili təyinatlı məhsulların və reeksporta gedən malların ciddi nəzarət altında saxlanmasını nəzərdə tutur. Bu, Rusiyanın sanksiya altındakı mallarının əvvəlcə Ermənistana yönləndirilməsi, sonra isə digər ölkələrə ixrac olunması deməkdir.

Politoloq əlavə edib ki, İrəvanın bu fəaliyyətinin nəticəsi olaraq, Rusiyanın İrəvanla ticarət həcmi təxminən 12 milyard dolları ötür. Məsələn, Azərbaycanla Rusiyanın ticarət həcmi ildə təxminən 5 milyard dollar təşkil edir. Quliyev vurğulayıb ki, İrəvanın Rusiyanın sanksiyalardan yan keçməsində fəal iştirakı həm maliyyə mənfəəti gətirir, həm də qərb ölkələri ilə etimad məsələlərində risk yaradır.

O qeyd edib ki, belə əməliyyatlar bəzən mürəkkəb və şübhəli yollarla həyata keçirilir və Azərbaycanın bu prosesdəki mövqeyi diqqət mərkəzindədir. Politoloq bildirib ki, İrəvanın fəaliyyətinin sanksiyalardan yan keçmədə oynadığı rol böyükdür və bu, regionun ticarət siyasətinə birbaşa təsir edir.


Sizin reklam burada
Sizin reklam burada