İrəvanda 8-ci sinif şagirdi məktəbi gülləbaran etdi

İrəvanda 8-ci sinif şagirdi məktəbi gülləbaran etdi
02 İyn 2025 11:15

Ermənistanda kriminogen durum pisləşməkdədir. Yerli medianın yaydığı məlumata görə ağır cinayətləri indi də uşaqlar törətməyə başlayıblar. 

Məsələn, mayın 29-da baş verən insident buna misal göstərilib.

"Mamul" nəşri yazıb: "Həmin gün Daxili İşlər Nazirliyinin polis bölməsinə İrəvandakı 13 saylı məktəbin pəncərəsinin sındırılması barədə məlumat daxil olub. Aidiyyəti Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 8-ci sinif şagirdinin tapançadan məktəbin pəncərəsinə atəş açması müəyyən edilib. Gənc gizlətdiyi silahı taparaq hüquq-mühafizə orqanlarına təqdim edib. Onu verdiyi silah isə pnevmatik tapança olub. Faktla bağlı tərtib edilmiş sənədlər rayon istintaq şöbəsinə təhvil verilib".

Tural


Sizin reklam burada
Sizin reklam burada