İranın Qərbi Azərbaycan əyalətində 65 məktəbli dəm qazından zəhərlənib

İranın Qərbi Azərbaycan əyalətində 65 məktəbli dəm qazından zəhərlənib
15 Fev 2025 15:52

İranın Qərbi Azərbaycan əyalətinin Sayınqala (farslaşdırlaraq Şahindej adlanıb) şəhərində Pərvin Ehtəsami adına orta məktəbdə 65 şagird zəhərlənib.

Qərbi Azərbaycan əyaləti Təhsil İdarəsinin baş direktoru Əli Mütərərri hadisəni təsdiqləyib.

Onun sözlərinə görə, zəhərlənən məktəblilər tibb məntəqələrinə yerləşdirilib. Onların bir qisminin axşam saatlarında evə buraxılacağı gözlənilir.

Baş direktor məktəblilərin dəm qazından zəhərləndiyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada