“İranın qələbə eyforiyası əslində siyasi oyunun bir hissəsidir”- Politoloqdan şərh

“İranın qələbə eyforiyası əslində siyasi oyunun bir hissəsidir”- Politoloqdan şərh
16:40

Əlbəttə ki, bu günlərdə İranda ABŞ və İsrailə qarşı qələbə kimi təqdim olunan hadisələr fərqli prizmadan dəyərləndirilir. İranda hökumət və əhali arasında bu mövzu ilə bağlı şənliklər belə keçirilir və ölkədə ümumi rəy ondan ibarətdir ki, İran ABŞ və İsrailin siyasi və hərbi təzyiqlərinə müqavimət göstərərək üstünlük əldə edib.

Lakin reallıq tam fərqli ola bilər. ABŞ prezidenti Donald Trump-ın bəyanatlarında İranın nüvə obyektlərinin sıradan çıxarıldığı və bu ölkənin nüvə proqramının tamamilə ləğv edildiyi bildirilsə də, İsraildə bu fikirlə tam razılaşmırlar. Təl-Əvivdə hesab edirlər ki, İranın nüvə proqramına ciddi zərbələr vurulsa da, proses hələ başa çatmayıb və bu istiqamətdə mübarizə davam etdiriləcək.

Bundan başqa, ABŞ Pentaqonunun Kəşfiyyat İdarəsinə istinad edən CNN-in məlumatına görə, son hücumlar gözlənilən nəticəni verməyib. Xüsusilə Fordo nüvə tədqiqat mərkəzinə yönələn zərbələrin effektivliyi sual altındadır. Bu iddialar isə Trump tərəfindən təkzib olunub. Onun mətbuat xidməti yayılan məlumatların Trampın nüfuzuna zərər vurmaq məqsədi daşıdığını bəyan edib.

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, İranda ABŞ və İsrailin geri çəkilməsi kimi təqdim olunan vəziyyət əslində çox mürəkkəb və çoxqatlı siyasi oyunun tərkib hissəsidir. İran daxilində yaranan bu eyforiya beynəlxalq səviyyədə ciddi suallar doğurur və bölgədəki gərginliyin yaxın gələcəkdə də davam edəcəyi ehtimal olunur


Sizin reklam burada
Sizin reklam burada