İran ABŞ-yə mümkün sülh sazişi üçün 4 mərhələli çərçivə strukturu təklif edib.
News365.az xəbər verir ki, bu barədə “Fars” agentliyi İranı danışıqlarda təmsil edən komandanın üzvü Səid Əcərloya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, birinci mərhələ müharibənin dayandırılmasını, eləcə də İran, ABŞ və “müqavimət cəbhəsi” daxil olmaqla, bütün tərəflərin iştirakı ilə hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tutur.
İkinci mərhələ praktiki tədbirlərə, o cümlədən Hörmüz boğazı ilə bağlı məsələlərə, blokadaların aradan qaldırılmasına, neft sanksiyalarının ləğvinə və İranın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılmasına yönələcək.
Məlumata görə, üçüncü mərhələ daha geniş sanksiya və nüvə məsələlərinə aid olacaq.
Son mərhələ isə sazişin icrasını və bütün tərəflərin öhdəliklərə riayət etməsini təmin etmək məqsədilə müşahidə komitəsinin yaradılmasını nəzərdə tutur.