İranda 24 "Mossad" casusu həbs olunub

İranda 24 "Mossad" casusu həbs olunub
19 İyn 2025 22:30

İran polisi İsrailin xeyrinə casusluq etdiyinə və "ölkənin imicini ləkələməyə" cəhd göstərdiyinə görə 24 nəfəri həbs edib.

News365.az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, həbs edilənlər həm gerçək həyatda, həm də internetdə İsrailin xeyrinə casusluq ediblər.

Xatırladaq ki, iyunun 16-da İranın "Mizan" agentliyi İsrailin "Mossad" kəşfiyyat xidmətinə casusluq etdiyi güman olunan şəxsin edam edilməsi barədə məlumat yaymışdı.


Sizin reklam burada
Sizin reklam burada