İran Prezidenti: “Su böhranı təhlükəli həddə çatıb”

İran Prezidenti: “Su böhranı təhlükəli həddə çatıb”
31 İyl 2025 16:53

İran Prezidenti Məsud Pezeşkian ölkənin bir sıra bölgələrində su ehtiyatlarının sürətlə azaldığını və böhranın təhlükəli mərhələyə daxil olduğunu bəyan edib.

News365.az xəbər verir ki, Prezident bu barədə Zəncan vilayətində keçirilən rəsmi toplantı zamanı çıxış edərkən danışıb. O bildirib ki, ölkədə uzunmüddətli quraqlıq riski artır və bu, çoxsaylı şəhərlərdə içməli su çatışmazlığına səbəb ola bilər.

“Əgər suya nəzarət tədbirləri vaxtında görülməzsə, bir çox şəhərlərdə ciddi sosial və iqtisadi fəsadlar yaşanacaq,” – deyə Pezeşkian xəbərdarlıq edib.

Prezident həmçinin bildirib ki, sentyabr və oktyabr aylarında bəzi bəndlərdə su ehtiyatlarının tamamilə tükənməsi mümkündür. Onun sözlərinə görə, Tehran da daxil olmaqla iri şəhərləri ciddi su çatışmazlığı gözləyir və vəziyyətə dərhal müdaxilə olunmazsa, çətinliklər qaçılmaz olacaq.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada