"Tehranın Azərbaycana qarşı nalayiq fikirlər bildirilməsi İran hakimiyyət orqanlarının nüfuzunu aşağı salır"
Politoloq Elnur Ənvəroğlu bunu News365.az-a açıqlamasında deyib.
"İrandakı molla rejimi və bu teokratik sistem siyasi azadlıqlara ciddi maneələr yaradır və ölkədə demokratik inkişafın qarşısını alır. Biz görürük ki, İranın istər parlamentində, istərsə də əyalətlərində, hətta dini məbədlərində belə, dövlət səviyyəsində çıxış etməyə layiq olmayan mollaların qonşu dövlət – Azərbaycan Respublikasına qarşı qeyri-etik və böhtan xarakterli ifadələr işlətməsi İran hakimiyyət orqanlarının nüfuzunu sarsıdır, beynəlxalq imicinə zərbə vurur və ölkədaxili etimadsızlığı daha da dərinləşdirir. Bu cür təxribatçı bəyanatlar, əslində, İranın daxili problemlərini ört-basdır etmək və ictimai rəyi yayındırmaq cəhdidir."