Malta bayrağı altında üzən "Safeen Prestige" konteyner gəmisi Hörmüz boğazında batıb.
News365.az xəbər verir ki, regionda dəniz hərəkəti operatorları müvafiq bildiriş göndəriblər.
"‘Safeen Prestige" konteyner gəmisi Ras Mahrukdan təxminən 6.5 dəniz mili şimal-şərqdə batıb. Səthdə neft sızması izləri var. Dənizçilərdən ehtiyatlı olmaları xahiş olunur", - deyə operatorların bildirişində qeyd olunur.