Zimbabvedə prezident müddətinin uzadılması ilə bağlı iclasda qarşıdurma baş verib.
News365.az xəbər verir ki, Hararedə keçirilən iclasda Prezident Emmerson Mnangagwanın səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması müzakirə olunub.
İclas zamanı qarşıdurma baş verib, populyar tənqidçilər hücuma məruz qalıb. Təklif edilən islahatlar prezident seçkilərinin parlament vasitəsilə keçirilməsini nəzərdə tutur.