Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd hazırkı sədr Özgür Özəl olacaq.
Bildirilib ki, sabiq millət vəkili Berhan Şimşek yetərli imza toplaya bilmədiyi üçün namizəd olmayıb. Bundan əvvəl isə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.
***
Türkiyədə ana müxalifət partiyasının – CHP-nin növbədənkənar qurultayı keçirilir.
Cümhuriyyət Xalq Partiyasının 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmət Mədəniyyət Mərkəzində təşkil edilib.
Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.
Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlarını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.
Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq.