İlk çərşənbə bu tarixdə qeyd ediləcək

İlk çərşənbə bu tarixdə qeyd ediləcək
11 Fev 2025 22:15

Novruzun ilk çərşənbəsi fevral ayının sonunda qeyd olunacaq.


News365.az xəbər verir ki, fevralın 25-də - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.


Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.


Sizin reklam burada
Sizin reklam burada