İlham Əliyev Mövlud Çavuşoğluya BAŞSAĞLIĞI VERDİ

İlham Əliyev Mövlud Çavuşoğluya BAŞSAĞLIĞI VERDİ
18 Apr 2025 13:07

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.

News365.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!"


Sizin reklam burada
Sizin reklam burada